Şərti Rüsumsuz İdxal

ölkəyə malların və digər əşyaların idxalla bağlı olaraq alınan gömrük rüsumuna, yığım və vergilərə cəlb edilmədən gətirilməsidir, idxalıdır.
Şərti Öhdəlik
Şərti Sabit Xərclər
OBASTAN VİKİ
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
İdxal inflyasiyası
İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiya. İdxal olunan inflyasiya ölkənin milli valyutasının xarici valyutalara nisbətdə məzənnəsinə təsir edir. Qiymət artım sürətinə təsir göstərir. Hazırda neft məhsullarının dünya qiymətlərinin artması ilə əlaqədar Rusiyada idxal inflyasiyası artıb. İstehsal xərclərinin artması dünya qiymətlərinin qiymət formalaşmasına təsir göstərmişdir. İdxal olunan mallar istehlak bazarının yarısını təşkil edir, onların qiymətləri olması lazım olduğundan daha yüksəkdir ki, bu da inflyasiyanın sürətini artırır. Xarici investisiyaların artması pul kütləsinin artmasına səbəb olur. ABŞ dollarının ucuzlaşması və qlobal valyuta bazarında avronun möhkəmlənməsi rublun məzənnəsinin dinamikasına təsir edib. Bu, ölkə daxilində qiymətlərin formalaşmasına təsir etdi Rusiyaya inflyasiya idxalı əsasən ABŞ-dan gəlir. Bu proses II Dünya Müharibəsi başa çatdıqdan sonra, Bretton-Vuds pul sisteminin prinsiplərinə uyğun olaraq dollar ehtiyat valyuta kimi rəsmi status aldıqdan sonra fəal inkişaf etməyə başladı.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı
Rüsumsuz Ticarət Mağazaları
Rüsumsuz Ticarət Mağazası (ing. Duty Free Shop) — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimi. Bu rejim altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər: Hüquqi statusunun olması; Azərbaycan Respublikasında yerləşməsi; Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq təsis edilməsi; RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur). rüsumsuz ticarət mağazasında xarici valyuta ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının olması. RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır və buradan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır. RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililəri olmalıdır: satış zalı (satış zalları); köməkçi tikililər; RTM-nın anbarı. RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
Şərti havayı proqram
Şərti havayı proqram (ing. shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.